Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub.

Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.

Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.

Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.