ABŞ Ukraynanın NATO-ya sürətlə daxil olmasına qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib. O Ukraynanın üzvlüyünü dəstəkləyən blokun digər ölkələrini Ağ Evin mövqeyinə təsir göstərməyə çağırıb.

"Britaniya bizi NATO-da dəstəkləyir. Birləşmiş Ştatlar şübhəlidir - onlar hansısa eskalasiyadan qorxurlar. Hamı bizi həqiqətən dəstəkləsə, düşünürəm ki, hər kəs ABŞ ilə ünsiyyət qurmaq üçün kifayət qədər gücə, zəkaya və təsirə malik olacaq. Onların fikrini, yanaşmasını dəyişmək vacibdir ki, təkcə Ukrayna deyil, NATO məsələsini gündəmə gətirsin”, - deyə Zelenski bildirib.