Qəzza zolağının Rəfah şəhərində yerləşən Küveyt xəstəxanasında yanacaq 24 saatdan az müddətdə tükənəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Vurğulanıb ki, generatorlar üçün yanacaq çatışmazlığı səbəbindən xəstəxanada elektrik enerjisi istehsalı 24 saatdan az müddətdə dayandırılacaq.
"Biz həyəcan təbili çalırıq və Ümumdünya Səhiyyə Təşkilatını öhdəliklərini yerinə yetirməyə və xəstəxananı yanacaqla təmin etməyə çağırırıq" -deyə, tibb müəssisəsinin nümayəndəsi telekanala söhbətində deyib.