Kanada iyun ayında İsveçrədə keçiriləcək ilk Qlobal Sülh Sammitində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Castin Trüdo tvitter səhifəsində yazıb.
"Ukraynanın ilk sülh sammiti iyun ayında baş tutacaq və Kanada da iştirak edəcək. Mən Ukrayna üçün ədalətli və davamlı sülhə dair ümumi məqsədimizə nail olmaq üçün digər dünya liderlərinə qoşulmağı səbirsizliklə gözləyirəm", - o yazıb.