İspaniyanın baş naziri Pedro Sançes Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və o, Ukraynadakı vəziyyəti kritik adlandırıb.

Teleqraf.com xəbər verir ki, Sançes bu barədə X sosial şəbəkəsində yazıb.

“Mən indicə prezident Zelenski ilə danışdım. Ona İspaniyanın lazım olduğu qədər Ukraynaya dəstəyini bir daha təsdiqlədim”.

O qeyd edib ki, tərəflər Ukraynanın yaşadığı kritik vəziyyəti müzakirə ediblər, həmçinin iki ölkə arasında razılaşmanın təşviqi məsələsi haqda danışıblar.