Biz terrorla mübarizəni Türkiyə sərhədlərindən kənara çıxarmışıq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xalqımızdan aldığımız güclə terrorçuların qaçdığı dağları, gizləndikləri mağaraları məhv edirik. Biz sərhəd daxilində hər bir terrorçuya hücum edərək onları zərərsizləşdiririk” – deyə bildirib.

Ərdoğan qeyd edib ki, terrorizmə qarşı keçirilən əməliyyatlar davam etdirilir.