"Ukraynaya tamhüquqlu hava qalxanı lazımdır - bu, Rusiyanın raket terrorunu məğlub etməyin yeganə yoludur. Biz artıq göstərmişik ki, hətta terrorçuların xüsusilə öyündükləri Rusiya raketlərini də vura bilərik".

Teleqraf.com xəbər verir ki, bunu Prezident Vladimir Zelenski teleqram kanalında deyib.

Onun sözlərinə görə, tərəfdaşların köməyi və Ukraynaya verilən hava hücumundan müdafiə sistemləri sayəsində minlərlə insanın həyatı xilas olub.

"Ancaq bütün ərazimiz -şəhərlərimiz və icmalarımız üçün bizə daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Dünya rus terroruna öyrəşməməlidir - biz terroru məğlub etməliyik. Bu da mümkündür!", - deyə Zelenski bildirib.