Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, son məqsəd Krımın işğaldan azad edilməsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynalı lider CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yalnız bundan sonra müharibənin bitdiyini demək mümkün olacaq.

“Putinin reaksiyasının zəif olduğunu görürük. Əsas məqsədim 2014-cü ildə işğal edilmiş Krımın azad edilməsidir. Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Krım Rusiyanın işğalı altında olması o deməkdir ki, müharibə bitməyib”, - Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Vladimir Putin regionlarda vəziyyətə nəzarət etmir: ““Vaqner”in Rusiyanın dərinliklərinə doğru irəliləməsi və müəyyən bölgələrin ələ keçirilməsi bunun nə qədər aydın olduğunu göstərir”.