Ukrayna prezidenti Vladimir Zelenski bir milyon pravoslav ukraynalının hislərini təhqir edib.

Teleqraf.com bunu LDPR lideri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski teleqram kanalında Kiyevin Milad bayramını yanvarın 7-dən dekabrın 25-nə keçirmək təşəbbüsünə reaksiya verərkən deyib.

“Zelenski Milad bayramını pravoslav ukraynalıların əlindən aldı. Bu, anti-Rusiya qəzəb və ya əzab deyil, bu, əslində, milyonlarla dindarın hislərini aşağılamaq, çoxəsrlik ənənələri qırmağa cəhddir. Nə üçün? “Şeytan rəqsləri” ilə AB-yə bileti geri qaytarmaq? Yoxsa diqqəti əks-hücumun uğursuzluğundan yayındıracaq heç nə yoxdur?.." - deyə Slutski bildirib.

Ukrayna prezidenti Milad bayramının tarixi ilə bağlı qanun layihəsini iyunun 28-də Ali Radaya təqdim edərək, İsa peyğəmbərin mövludu gününü yanvarın 7-də yox, dekabrın 25-də qeyd edilməsini təklif edib.

Xatırladaq ki, Milad bayramı ABŞ-da da dekabrın 24-ü və ya 25-də qeyd olunur.

Bu qərarı Ukrayna Pravoslav Kilsəsi dəstəkləyib.