Prezident Vladimir Zelenski Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti bu barədə BBC telekanalına müsahibəsində danışıb.

“Ukrayna öz inkişafı naminə münaqişəni dondurmağa hazır deyil. Əks-hücumda nə qədər irəliləsək də, prosesi dondurmayacağıq. Bu müharibə Ukrayna üçün ümidsiz bir gəlişmədir”, - Zelenski deyib.