ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya səfəri başa çatıb.

Teleqraf.com xəbər verir ki, məlumatı CNN yayıb.

Məlumata görə, Cozef Bayden Ukrayna səfərindən sonra Polşaya yola düşüb.

***

14:50

ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcə planlaşdırılmamışdı.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ağ evdən bildirilib.

Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib.

KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.

***

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib.

Teleqraf.com-un xəbərinə görə, o, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.

“Cozef Bayden, sizi Kiyevdə alqışlayıram! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, - Zelenski görüşdə söyləyib.

***

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, məlumatı Ukrayna KİV-i yayıb.

V.Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb.

ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.

***

13:35

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.