Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında videomüraciətində ölkənin ballistik raketlərə, o cümlədən ATACMS-ə ehtiyacı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Prezident onları əldə etmək üçün hər şeyi edəcəyini bildirib.

"Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı var... Biz hər şeyi edəcəyik ki, tərəfdaşlar bu həyati vacib tədarüklərə, xüsusən də ATACMS və digər oxşar silahların tədarükünə başlasınlar", - o deyib.