Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasına hərbi texnika və hərbi personalın dəmir yolu ilə daşınmasına yardım göstərən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzaladığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezident Teleqram kanalındakı videomüraciətində bildirib.

“Söhbət 185 şirkət və fiziki şəxsdən gedir. Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq”, - deyə prezident vurğulayıb.

Bir müddət əvvəl Zelenski Ukrayna Pravoslav Kilsəsinin və Rus Pravoslav Kilsəsinin 10 nümayəndəsinə qarşı şəxsi sanksiyalar haqqında fərman imzalamışdı.