Almaniya kansleri Olaf Şolz müdafiə naziri Kristine Lambrextin istefa ərizəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, yeni müdafiə naziri ilə bağlı qərar yaxın vaxtlarda veriləcək.
"Kansler Lambrextin qərarına hörmətlə yanaşır, bu mürəkkəb və çağırışlarla dolu dövrdə gördüyü yaxşı işlərə görə ona təşəkkür edir. Kansler yaxın vaxtlarda varislə bağlı təklifini prezidentə təqdim edəcək", - brifinqdə hökumətin nümayəndəsi Kristian Hoffman bildirib.