Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets deyib.

O bildirib ki, Türkiyə mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Qeyd edək ki, bununla bağlı artıq iki ölkə arasında müzakirə aparılır.