Fransa Ukraynaya yerli istehsalı olan “AMX-10 RC” zirehli döyüş maşınları göndərəcək.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Zelenski ilə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, sözügedən zirehli texnika ilk dəfə Ukrayna ordusuna dəstək olaraq göndərilir.