Rusiyanın Ryazan şəhəri yaxınlığındakı hava limanında yanacaq tankeri partlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Məlumata görə, səhər saatlarında paytaxt Moskvanın cənub-şərqində, Ryazan şəhəri yaxınlığındakı hava limanında yanacaq daşıyan tankerdə partlayış baş verib.

Araşdırmalar aparılır.