Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb.
Bildirilib ki, Əlahəzrət Kraliçanın dövlət dəfn mərasimi 19 sentyabr bazar ertəsi, Britaniya standart vaxtı ilə saat 11:00-da Vestminster abbatlığında keçiriləcək.
Qeyd olunub ki, dəfn günü istirahət günü hesab olunacaq. II Elizabetinin cənazəsi dəfn edilməzdən əvvəl Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdiriləcək.