Rusiyada son sutka ərzində 9 027 nəfər koronavirusa yoluxub ki, bu da aprelin 22-dən bəri qeydə alınan ən yüksək göstərici olub.

Teleqraf.com xəbər verir ki, ötən gün 6 183 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,5 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 36 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 47 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 382 mindən çox ölüm qeydə alınıb.