Dünyada son bir həftə ərzində 5,7 milyondan çox insan COVID-19 virusuna yoluxub, 10 minə yaxın insan isə virus səbəbilə dünyasını dəyşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, ötən həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb. Xəstəliyə yoluxaraq ölənlərin sayı isə 2 faiz azalıb.
4-10 iyul tarixlərində 5 776 242 nəfər COVID-19 virusuna yoluxub, 9 872 nəfər koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, ötən sutka ərzində koronavirusa yoluxanların sayı 554 290 112 nəfərə, ölənlərin sayı isə 6 351 801 nəfərə çatıb.