Dünyada koronavirusa yoluxanların sayı 540 077 931 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, pandemiya başladığı ilk gündən bu günə qədər 6 milyon 330 min 577 nəfər virusa yoluxaraq dünyasını dəyişib. Xəstəliyə yoluxub sağalanların sayı isə 512 656 843 nəfərə çatıb.

Qeyd edək ki, COVID-19 virusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də xəstəliyi pandemiya elan edib.