Ukrayna Silahlı Qüvvələri Rusiya bölmələrini Xarkov vilayətindən çıxararaq dövlət sərhədinə çatıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Qələbəyə birlikdə”, - MN-ın açıqlamasında vurğulanıb.

Açıqlamaya ukraynalı hərbçilərin Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciəti ilə bağlı video əlavə olunub.

“Gəldik, cənab prezident, buradayıq”, - hərbçilər videomüraciətdə deyiblər.

Bundan əvvəl daxili işlər nazirinin müşaviri Vadim Denysenko Xarkov vilayətindəki Ukrayna qoşunlarının dövlət sərhədindən çox da uzaqda olmadığını bildirmişdi.