ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə görüşdə Ukraynaya göndərilən silahlar müzakirə olunacaq: "Müdafiə naziri və dövlət katibi ilə görüşdə bizə lazım olan silahların siyahısı və onların çatdırılma sürəti barədə danışacağıq. Təhlükəsizlik təmin edilən kimi ABŞ Prezidenti də gələcək"