Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraqda davam edən antiterror əməliyyatı ilə bağlı məlumat verib.
Teleqraf.com xəbər verir ki, prezident türk ordusunun qısa müddətdə ciddi uğurlara imza atdığını diqqətə çatdırıb.
“Hazırda terror təşkilatı can verir. “Pəncə-Kilid” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 45-ə çatıb. Təəssüf ki, şəhidlərimizin sayı üçə yüksəlib. Əməliyyatda bir çavuşumuz da şəhid olub.
Komandolarımız əməliyyatda böyük uğur əldə ediblər”, - Ərdoğan vurğulayıb.