Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Conson Tvitter səhifəsində yazıb.
Telefon danışığı zamanı Conson yaxın günlərdə Kiyevə növbəti hərbi yardım partiyasının göndərilməsinə söz verib.
"Mən bu gün günorta dostum Zelenskiyə yaxın günlərdə Ukraynaya göstərəcəyimiz növbəti hərbi yardım haqqında məlumat verdim", - deyə baş nazir bildirib.