Kiyev vilayətinin Vasilkov şəhərində partlayış səsləri eşidilib. Ruslar Xarkov vilayətində yaşayış məntəqələrini atəşə tuturlar, Donetsk vilayətində bütün cəbhə xətti boyunca döyüşlər davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən vilayətlərin regional hərbi idarələrinin yaydıqları məlumatda bildirilib.
Bildirilib ki, Vasilkovda partlayış səslərinin eşidilməsindən sonra Ukrayna ordusunun hava hücumundan müdafiə sistemləri işə düşüb.
Xarkovda yaşayış məhəllələrinin atəşə tutulması davam edir, gecə saatlarında bir neçə yanğın baş verib. Ruslar gün ərzində Zoloçiv və Derxaçini atəşə tutublar. İzyum istiqamətində döyüşlər gedir.
Luqansk vilayətində son 24 saat ərzində 24 atəş qeydə alınıb.
Donetsk vilayətində bütün cəbhə xəttində döyüşlər davam edir.
Xerson vilayətində partlayış səsləri eşidilib.