İranda ötən sutka ərzində 2 894 nəfər koronavirusa (COVID-19) yoluxub, 39 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 140 616 nəfərə, yoluxanların sayı isə 7 191 643 nəfərə çatıb. Virus daşıyıcılarından 1 558 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 918 860 nəfər koronavirusdan sağalıb, 50 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 148 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,5 milyon təşkil edir.