“ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının məqsədi bu ölkənin Ukraynadakı müharibə üçün resurslarını bitirməkdir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O bildirib ki, bununla da Moskva seçim qarşısında qalır.
"İndi tətbiq etdiyimiz sanksiyaları nəzərə alsaq, Rusiyanın məhdud sayda resursları qalıb. Bütün bunlar Rusiyanı seçim qarşısında qoyur. Onlar Ukraynada uznmüddətli müharibə apara bilməyəcək”, - deyə Psaki bildirib.
Xatırladaq ki, ABŞ-ın bu gün Rusiyaya qarşı yeni sanksiyaları gözlənilir.