Almaniyada bir şəxs peyvənd pasportu satmaqla qazanc əldə edib.

Teleqraf.com xəbər verir ki, Saksoniya əyalətində yaşayan 61 yaşlı şəxs 87 COVID-19 peyvəndi satın alıb.

Ehtimala görə, o, bəzən bir gündə 3 doza satın alıb.

Almaniya Qırmızı Xaç Cəmiyyəti həmin şəxsi peyvənd pasportu satmaqda şübhəli bilərək ittiham irəli sürüb. Qırmızı Xaç Cəmiyyətinin sözçüsü Kay Kranich Freie bildirib ki, Almaniya səlahiyyətliləri Qırmızı Xaç Cəmiyyətinin Saksoniya bölməsindən şikayətlər əsasında həmin şəxsi dindirir.

Məlum olub ki, peyvəndləri satın alan bu şəxs sığorta kartını heç vaxt təqdim etməyib, bu isə onun tapılmasına mane olub.

Həmin şəxsin Almaniyanın digər ştatlarında da COVID-19 peyvəndi satın alması ehtimal edilir.