Çində yenidən COVID-19 virusuna yoluxma halları artmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, yanvar ayından sonra ilk dəfə iki xəstə virus səbəbilə dünyasını dəyişib.

Bu hadisədən sonra virusa yoluxaraq ölənlərin ümumi sayı 4 638 nəfərə çatıb.

Qeyd edək ki, ölkə “0 COVID” strategiyası tətbiq edərək virusa yoluxma qeydə alınan əraziləri karantinə alır. 3 nəfərin virusa yoluxması səbəbiÖlənlə ölkənin 17,5 milyonluq sakini olan Şenzen şəhərində sərt qapanmalar tətbiq edilib.