Gürcüstanda koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son sutkada koronavirusa 4 835 yeni yoluxma halı qeydə alınıb, 41 nəfər vəfat edib.

Daha 13 840 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 1 603 007 nəfərdə aşkarlanıb. Onların 1 491 321-i sağalıb, 16 138-i isə dünyasını dəyişib.