“Rusiyanın Ukraynaya hücumu Ukrayna qüvvələrinin yorulacağı ümidi ilə davam edir, amma biz yorulmamışıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukraynanın bütün müdafiəçiləri - oğlan və qızlarımız ilk gündə düşmənə əməliyyat planını həyata keçirməyə imkan vermədilər. Ukraynalılar əsl qəhrəmanlıq nümayiş etdirirlər. Düşmən əksər istiqamətlərdə dayandırılıb. Döyüşlər biz yorulmadan davam edir”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, düşmən aviasiyası yaşayış məntəqələri, o cümlədən Kiyev şəhəri üzərində uçuşlar həyata keçirir. Eyni zamanda, Zelenski Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin ölkə səmasını qoruyacağını deyib.

O, Kiyevdəki mövcud vəziyyəti 1941-ci il hücumu ilə müqayisə edib:

“Səhər Kiyevdə dəhşətli partlayış səsləri eşidildi, evlər atəşə tutuldu. Bütün bunlar paytaxtımıza 1941-ci ildə baş vermiş ilk belə hücumu xatırladır”.