Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 276 532 yoluxma və 4 632 ölüm halı qeydə alınıb.

İndiyədək COVID-19-a 290 959 532 nəfər yoluxub. Onlardan 5 446 753 nəfəri dünyasını dəyişib.