Gürcüstanda son sutka ərzində koronavirusa 796 yeni yoluxma halı təsdiqlənib, 3 291 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 937 640 nəfər yoluxub. Onların 900 159-u sağalıb, 13 905-i isə ölüb.