Türkiyə PKK terror təşkilatını ölkə daxilindən silmək, bölgəni təmizləmək və terrorçuları zərərsizləşdirmək məqsədilə Diyarbəkir və Bingöl ərazisində “ErenQış-3 Şəhid minbaşı Ercan Kurt” əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, əməliyyatda Diyarbəkir Jandarma Region Komandanlığının rəhbərliyi altında 2103 şəxsi heyət, 134 əməliyyat qrupu, jandarma, komando və xüsusi əməliyyat, Polis Xüsusi Əməliyyatlar və Təhlükəsizlik Mühafizə qrupları iştirak edəcək.

Qeyd edilib ki, Eren Qış əməliyyatı xalqın dəstəyi ilə inamlı və qərarlı şəkildə davam etdirilir.