Türkiyədə son sutkada 203 nəfər yeni növ koronavirusun qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 163 nəfər test edilib, onların 23 096-nun koronavirus testi pozitiv nəticə verib. 28 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 210 213 peyvənd tətbiq edilib ki, bunun 89,21 faizi birinci, 78,32 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.