Dünyada COVID-19 virusu ilə mübarizə davam etməkdədir.

Teleqraf.com xəbər verir ki, ötən sutka ərzində dünyada 403 014 yoluxma faktı qeydə alınıb.

Rusiyada virusa yoluxaraq ölənlərin sayı rekord həddə çatıb. 26 973 nəfər virusa yoluxub, 1 106 nəfər COVID-19 virusundan ölüb. Bu günədək ökədə 7 213 584 nəfərin COVID testi pozitiv çıxıb, onlardan 232 775 nəfər dünyasını dəyişib.

Ermənistanda sutka ərzində 1517 koronavirusa yoluxma, 57 ölüm halı qeydə alınıb.

Ümumillikdə ölkədə 298 069 nəfər koronavirusa yoluxub, 7 375 nəfər ölüb.

Gürcüstanda da COVID-lə bağlı statistika ürəkaçan deyil. Son sutka ərzində 4 762 nəfər virusa yoluxub. Bu günə qədər ölkədə 698 944 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Ötən gün ərzində 43 nəfər koronavirusa yoluxub və ümumi say 9 831 nəfərə çatıb.

Türkiyədə ötən gün ərində 27 663 nəfər virusa yoluxub, 232 nəfər dünyasını dəyişib. Ölkə üzrə 7 879 468 nəfər virusa yoluxub, 69 344 nəfər həyatını itirib.

Nəhayət, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 915 nəfər vəfat edib.