Gürcüstanda son sutkada koronavirusa 4 581 yeni yoluxma halı qeydə alınıb, 28 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Ötən 24 saat ərzində daha 2 494 nəfər müalicə olunaraq evə buraxılıb.
Gürcüstanda indiyədək COVID-19-a 662 334 nəfər yoluxub.
Onların 612 481-i sağalıb, 9 468-i isə dünyasını dəyişib.