Rusiyada son sutkada daha 28 647 nəfər COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 775 365 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 962 nəfər artaraq 216 415-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 858 119 nəfər sağalıb.