Gürcüstanda ötən sutkada koronavirusa 2 490 yeni yoluxma faktı qeydə alınıb, 2 056 nəfər müalicə olunaraq sağalıb.
Teleqraf.com verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gün ərzində 25 pasiyent koronavirusdan vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 634 053 nəfər yoluxub. Onların 600 524-ü sağalıb, 9 246-sı dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 24 257 nəfər təşkil edir.