COVID-19-un tüğyan etdiyi Rusiyada son 24 saatda 890 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, Rusiya İnfeksiyaya Nəzarət Mərkəzinin yaydığı məlumata görə, son bir sutkada 25 min 769 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Bu, Rusiyada indiyə qədər gündəlik yoluxmalarda ən yüksək göstəricidir. Ümumilikdə Rusiyada 7 milyon 586 min insan virusa yoluxub. 650 min insanın hazırda müalicəsi aparılır.
Son bir sutkada isə 890 nəfər virusa yoluxma səbəbindən vəfat edib. Bu da Rusiya üçün rekord göstərici sayılır.
Ümumən Rusiyada koronavirusdan ölənlərin sayı 209 min 918 nəfər təşkil edir.
Hazırda Moskvada sosial məsafə saxlamaq və maska taxmaq məcburi tədbir hesab olunur.