Rusiyada koronavirusdan ölümlərin sutkalıq artımı ardıcıl dördüncü gündür ki, rekordlar qırır: son sutkada 887 nəfər koronavirusdan ölüb.
Teleqraf.com xəbər verir ki, ölkədə yoluxanların da sayı artıb. Gün ərzində 24 522 yoluxma hadisəsi qeydə alınıb. Bu, dünənlə müqayisədə 2,65% çoxdur (23 888).
Dünən 867 nəfər koronavirusdan ölmüşdü – bu günlə müqayisədə 20 nəfər az. Pandemiya başlayandan bəri 208142 nəfər ölüb.
Ölənlərin sayına görə lider regionlar Moskva, Sankt-Peterburq şəhərləri, Sverdlovsk, Saratov vilayətləri və Krasnodar diyarıdır.
COVID-19 ilə mübarizə üzrə federal operativ qərargahın məlumatına görə, yoluxmuş insanların ümumi sayı 7 535 548 nəfərə çatıb.
Sutka ərzində 19 955 nəfər COVID-19-dan sağalıb, sağalanların ümumi sayı 6 692 722 nəfərdir.