Türkiyədə son 24 saat ərzində 227 nəfər koronavirus infeksiyasından vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 355 442 nəfər test edilib, 29 386 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 31 018 nəfər sağalıb.