Gürcüstanda son 24 saat ərzində yeni növ koronavirus infeksiyası – COVID-19-dan 86 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Novosti-Georgia” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, epidemiyanın bütün dövrü üçün rekord göstəricidir.

Gürcüstanda ümumilikdə 7649 nəfər koronavirus infeksiyasından ölüb.