Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 993 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 779 927-ə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 118 çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 5 271 nəfər, hazırkı dövrədək isə 662 158 nəfər sağalıb.