Gürcüstanda son sutkada daha 1 286 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Koronavirusdan 1 701 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 387 481 nəfər yoluxub.

Onların 365 019-u sağalıb, 5 551-i isə ölüb.