Qazaxıstanda son sutka ərzində 1 672 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində koronavirusa yoluxmuş 13 nəfər vəfat edib.

İndiyə qədər ölkədə 418 114 nəfər COVİD-19-a yoluxub, 7748 nəfər ölüb.