Bu gün 3 PKK terrorçusu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi tvitter səhifəsində məlumat yayıb.

Məlumata görə, İraqın şimalında yerləşən Avaşin bölgəsində aparılan Pençe-İldırım əməliyyatı zamanı 3 terrorist zərərsiz hala gətirilib.