ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına sədr təyin edilib.

Teleqraf.com xəbər verir ki, vitse-prezident bu barədə Tvitter hesabında yazıb.

Kamala Harris Milli Kosmik Şuraya rəhbərlik etməkdən şərəf duyduğunu söyləyib.

NASA Kosmik Agentliyinin rəhbəri Bill Nelson Harrisin təyinatını alqışlayıb: "Vitse-prezident bir çox ölkənin kosmosda mövcud olduğu zaman getdikcə daha da mürəkkəbləşən federal hökumətin kosmik siyasətinə rəhbərlik etmək üçün ideal şəxsdir".