Türkiyədə son sutka ərzində 144 nəfər COVID-19-un qurbanı olub.

Teleqraf.com xəbər verir ki, nəticədə ölənlərin sayı 24933-a yüksəlib.

İnfeksiyaya yoluxanların sayı isə 2,424,328-ə çatıb.

723-ü simptomatik olmaqla 5856 pasiyent korona xəstəsi kimi qeydiyyata alınıb.